Daha 4 azarkeş ömürlük futbol məhrum qaldı

“Milan”ın qapıçısı Mayk Menyanı təhqir edən “Udineze”nin daha 4 azarkeşinin kimliyi məlum olub. Newsport.az xəbər verir ki, daha əvvəl Menyanın ünvanına irqçi ifadələr işlətdiyi üçün bir fanatın stadiona girişi qadağan edilib.

Fransızı təhqir edən daha üç kişi və bir qadının məsuliyyət daşıdığı müəyyənləşdirilib. Udine təmsilçisi onlara ömürlük ev oyununa girməyi qadağan edib. Maraqlıdı ki, həmin fanatlar, 5 il ərzində İtaliyada, ümumiyyətlə, heç bir stadiona buraxılmayacaqlar.

Qeyd edək ki, İtaliya A seriyasının XXI turunda keçirilən “Udineze” – “Milan” görüşündə qonaqlar 3:2 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right