Şahruddin oynadı, komandası "Qalatasaray"a məğlub oldu

Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Qalatasaray"ın qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin də bu görüşün iştirakçısı olub. 29 yaşlı qolkiper matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Xallarını 40-a yüksəldən "Qalatasaray" çempionatın lideridir. 23 xalı olan "Adana Demirspor" isə 5-ci pillədə qərarlaşıb.

"Qalatasaray" - "Adana Demirspor" 3:1
Qollar: 
Saşa Boe, 22, Kerem Aktürkoğlu, 29, Mauro İkardi, 90+5 (pen) - MBaye Nianq, 45+4 (pen)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right