“Tour d’Azerbaijan-2016”nın 4-cü mərhələsinin qalibi: "Yürüşün taleyi yoxuşda həll olundu”

“Bugünki mərhələnin xüsusən sonluğu maraqlı alındı. Bir çox ötmələr müşahidə olundu”

Bu sözləri Newsport.az saytına “Tour d’Azerbaijan-2016” veloyürüşünün 4-cü mərhələsinin qalibi olan “Nasr-Dubai” klubunun üzvü Luka Vakermann söyləyib.

İtalyan velosipedçi daha sonra bunları deyib: “Finişə 1 kilometr qalmış Rinaldo Nosentini ilə sprinterə çıxdıq. Dünən 3-cü yeri tutmuşdumsa, bu mərhələdə qalib gəldim. 2-ci yoxuş çox kəskin idi. 15-20 velosipedçinin gərgin mübarizəsi gedirdi. Deyərdim ki, bu gün yürüşün taleyi məhz həmin yoxuşda həll olundu”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right