"Tour d'Azerbaidjan-2016"nın lideri: "Güclü həmişə qalib gəlir"

“Dünən komandamızla xəritəyə baxanda başa düşdük ki, 3-cü mərhələ çox çətin keçəcək. Ancaq hər şey qaydasında getdi.

Bu sözləri Newsport.az saytına İsrailin "Cycling Academy Team" komandasının üzvü Gilyem Boivin söyləyib. Ümumi təsnifatda liderliyini davam etdirən velosipedçinin sonrakı açıqlaması belə olub: “Finiş çox maraqlı oldu. Heç vaxt belə təəssüratım olmamışdı. Çox qarışıq və maraqlı marşrut idi. Çalışacam ki, sonadək liderlik köynəyini özümdə saxlayım. Amma bunu bacaracağıma əmin deyiləm. Dağ mərhələsində o qədər də yaxşı çıxış etmirəm. Ola bilsin, fərqli taktikadan yararlandıq. Son 800 metrdə əminlik hissi vardı ki, hər şey qaydasında gedir. Heç bir təhlükə görmürdük. Güclü velosipedçi üçün 6-7 komanda yoldaşının dəstək verib-verməməsinin önəmi yoxdu. Güclü həmişə qalib gəlir. Sabah ən ciddi rəqiblərim Müqerli və Aybeqer olacaq. Ancaq komandamızın taktikasını indidən açıqlamaq fikrində deyiləm”.  

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right