Azərbaycanı təmsil edən idmançı növbəti mərhələdə

Pekin-2022 Qış Olimpiya Oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev bu gün mübarizəyə başlayıb. 21 yaşlı idmançı qısa proqramda 84,15 xala layiq görülüb.

Hazırda 5-ci yerdə gedən Litvintsev 30 konkisürənin qatıldığı yarışda "24-lüy"ə düşməyi vaxtından əvvəl təmin edib və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.

Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right