Saleh Məmmədov: "Həndbolda ilk qızıl medal mənim dövrümdə qazanılıb"

"Azərbaycan həndbolunda ilk qızıl medal mənim federasiyaya rəhbərlik etdiyim dönəmdə olub. Bu, Bakıdakı İslam Həmrəyliyi Oyunlarında gerçəkləşib".

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov deyib.

O, Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında da medalçılar sırasına düşmək istədiklərini bildirib.

Məmmədov Azərbaycan çempionatı ilə bağlı məsələlərin müzakirə edildiyini söyləyib: "İdman yarışlarının və təlim məşq-toplanışının keçirilməsinə icazə verilsə, turnir baş tutacaq. Bu barədə məlumat verəcəyik. Yarışın mart-apreldə başlaması nəzərdə tutulur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right