Umar Kremlyov boksda aparılan islahatları açıqlayıb

Paris-2024 Yay Olimpiya Oyunlarında boks yarışlarını Beynəlxalq Boks Assosiyasiyası (IBA) təşkil edə bilər.

Newsport.az məlumatına görə, bu barədə Bakıda səfərdə olan IBA prezidenti Umar Kremlyov açıqlama verib.

O bildirib ki, boksun qarşıdakı olimpiadanın proqramında yer alacağı dəqiqdir. Bu səbəbdən, Kremlyov Beynəlxalq Olimpiya Komitəsinə (IOC) təşəkkürünü bildirib: "Onlar boksun olmayacağını söyləmirlər. Deyirlər ki, IBF 2023-cü ilədək necə işləyəcək, tövsiyələri necə yerinə yetirəcək. Böyük işlər görülüb. Borclar bağlanılıb, islahatlar aparılıb, müstəqil ekspertlər cəlb olunub, son dünya çempionatındakı hakimliklə bağlı məsələlər olmayıb. Hazırda idarəetməni dəyişirik. Cəmi 3 tövsiyə qalıb ki, onları sona çatdırmalıyıq. Bunları gələn ilədək etsək, Paris-2024-də boks yarışını IBF keçirə bilər. Heç kim 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarınadək nələrin olacağını deyə bilməz. Ən vacibi odur ki, boks qarşıdakı olimpiadanın proqramında saxlanılıb. Bunun üzərində çalışacağıq ki, heç bir məsələ qalmasın".

Hazırda IBF-in özünü tam bərpa etdiyini və qarşılıqlı addımların atıldığını söyləyən qurum rəhbəri əlavə edib ki, gələcəkdə nümunəvi beynəlxalq təşkilata çevrilməyi hədəfləyirlər. O, hakimlik üzərində işləməyin gərəkliyini, kənardan qiymət verilməsi üçün müstəqil ekspertlər cəlb etdiklərini deyib: "Hər bir turnirin analizi aparılacaq. Qaydaları pozanlarla vidalaşacaq, savadı olmayanların biliklərini artıracağıq. Dəqiq qaydalar müəyyənləşdirmişik: İki dəfə, yaxud bir dəfə, amma kobudcasına pozuntuya yol verənlərlə ömürlük vidalaşacağıq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah