Mariana Vasileva gənclər və idman nazirinin müavini kimi görəcəyi işləri açıqlayıb

“Gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm”.

Newsport.az xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini təyin olunan Mariana Vasileva öz feysbuk hesabında yazıb.

O, təyinatı barədə fikirlərini açıqlayıb : “Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram. Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right