Güləşçimiz dünya çempionatının yarımfinalında

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Newsport.az xəbər verir ki, səkkizinci yarış günündə 63, 67 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

 

Həsrət Cəfərov debütdə ABŞ təmsilçisinə elə ilk hissədə tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız daha sonra hindistanlı rəqibinə aman verməyib. Ancaq 1/4 finalda son olimpiya çempionu Məhəmmədrza Gerayiyə məğlub olub.

 

Taleh Məmmədov startda türk həmkarından güclü olub. Təcrübəli güləşçimiz Koreya idmançısını da üstələyərək yarımfinala yüksəlib.

 

Mübarizəyə 1/8 finaldan qoşulan İslam Abbasov gürcüstanlı dünya çempionu Laşa Qobadzeylə bacarmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right