Güləşçimiz dünya çempionatının finalında

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Laçın Vəliyev startda serbiyalı rəqibinə qalib gəlib. Növbəti mərhələdə İsveç güləşçisini üstələyən Vəliyev 1/4 finala yüksəlib. Almaniya təmsilçisindən də güclü olan həmyerlimiz adını yarımfinala yazdırıb. Ancaq Niderlanddan olan  idmançı keçilməz olub.

Sərxan Məmmədov isə ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib. Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb. Yunanıstan təmsilçisiylə gərgin keçən mübarizədən də qalib ayrılan Sərxan finala yüksəlib.

Bu çəkilərdə təsəlliverici və medal qarşılaşmaları avqustun 21-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right