Daha bir cüdoçumuz Tokio-2020 ilə vidalaşdı

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Newsport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində İslam Bozbayevlə (Qazaxıstan) üz-üzə gəlib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə qalib gələn Mehdiyev 1/8 finala yüksəlib.

 

Mehdiyev 1/8 finalda rusiyalı Mixail İqolnikovla qarşılaşıb. Azərbaycanlı idmançı rəqibinə vazari xalı ilə məğlub olub və olimpiada ilə vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right