Məhəmmədrəsul Məcidovdan peşəkar rinqdə növbəti qələbə

Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, təcrübəli idmançı Puerto Riko təmsilçisi Sahret Delqado ilə üz-üzə gəlib. ABŞ-ın Florida ştatında keçirilən qarşılaşmada Məcidov rəqibini üçüncü raundda nokauta salaraq qələbə qazanıb. Bu, boksçumuzun karyerasında üçüncü döyüşü olub.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl ABŞ təmsilçisi Ed Fonteyni və britaniyalı Tom Littla qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right