Dünya çempionu 69 yaşında öldü

Britaniyalı boksçu Alan Minter dünyasını dəyişib.

Newsport.az xəbər verir ki, bu barədə yerli Boksa Nəzarət Şurası (BBBoC) məlumat yayıb.

Bildirilib ki, 69 yaşlı veteran idmançının ölümünə uzun müddətdir davam edən onkoloji xəstəlik səbəb olub.

Qeyd edək ki, Dünya Boks Asossiasiyasının (WBA) versiyası üzrə orta çəkidə çempion olmuş A.Minter 1972-ci ildəki olimpiadada bürünc medal qazanıb. Onun hesabında 39 qələbə və 9 məğlubiyyət var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right