Millimizin rəqibləri bəlli oldu Avro-2021

Kişi və qadın voleybolçular arasında Avro-2021-in seçmə mərhələsinin qrupları müəyyənləşib.

Newsport.az-ın məlumatına görə,  Avropa Voleybol Konfederasiyasının son reytinq cədvəlinə əsasən Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Kişilərdən ibarət yığmamız F qrupunda yer alıb. Püşk təmsilçimizə Yunanıstan, Monteneqro və Gürcüstanı rəqib edib. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Seçmə mərhələnin görüşləri avqust-sentyabr aylarında olacaq.

Həlledici mərhələ Polşa, Çexiya, Estoniya və Finlandiyada keçiriləcək.

Qadınlardan ibarət yığmamız isə Avro-2021-ə final mərhələsindən başlayacaq. Komandalar qalibi Serbiya, Xorvatiya, Bolqarıstan və Rumıniyada müəyyənləşdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right