Ramil Quliyev: “Yenə Azərbaycan və Türkiyə bayraqlarını qaldıracağam”

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev Tokio-2020 olimpiadası ilə bağlı hədəflərindən danışıb.

 

Newsport.az xəbər verir ki, qızıl medalı hədəfləyən Ramil “Sputnik Azərbaycan”a müsahibəsində müfatçılar sırasına düşəcəyi halda, Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıracağını deyib:

 

“Allah etsin ki, mən Tokiodakı olimpiadada mükafat qazanım. Bu halda əlbəttə, qaçış zolağına iki bayraqla çıxacağam”.

 

29 yaşlı atlet 2017-ci ildə dünya çempionu olarkən Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right