Güləşçilərimiz 5 medalla qayıdır

Dağıstanın Xasavyurt şəhərində Arsenəli Murtuzəliyevin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Newsport.az xəbər verir ki, yarışa dünən yekun vurulub.

Yarışda məşqçilər Namiq Quliyev və Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi təmsil edən sərbəst güləşçilərdən beşi fəxri kürsüyə qalxıb. Ramik Heybətov (55 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (71 kq) gümüş medal qazanıb.

Rəşid Sadıxhacıyev (80 kq) ilə Saqadulla Ağayev (92 kq) isə bürünc medalı boynundan asıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right