Şəhriyarla Teymur Moskva Qran-prisində ilk oyunlarını keçirəcək

Şahmatçılarımız – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bu gün Rusiyanın paytaxtı Moskvada start götürəcək FIDE-nin Qran-Pri turnirinin ilk mərhələsində iştirak edəcəklər.

Newsport.az xəbər verir ki, 17 – 29 mayda baş tutacaq və 16 qrossmeysterin mübarizə aparacağı yarış ilk dəfə olimpiya sistemi ilə keçiriləcək. Hər bir mərhələ 3 günü əhatə edəcək və 2 partiya oynanılacaq. İştirakçılardan hansısa qələbə üçün yetərli 1,5 xalı toplaya bilməsə, tay-breyk olacaq. İlk raund 17 – 19 mayda, ikincisi 20 – 22 mayda, yarımfinal isə 23 – 25 mayda reallaşacaq. Şahmatçılar 27 – 29 mayda baş tutacaq finaldan bir gün əvvəl istirahət edəcəklər.

I raund

Aniş Qiri (Hollandiya, 4; 2787) – Daniil Dubov (Rusiya, 48; 2690)

Teymur Rəcəbov (Azərbaycan, 12; 2759) - Hikaru Nakamura (ABŞ, 11; 2761)

Yan-Kşiştof Duda (Polşa, 28; 2728) – Uesli So (ABŞ, 13; 2754)

Sergey Karyakin (ABŞ, 16; 2752) – Aleksandr Qrişuk (Rusiya, 9; 2772)

Yan Nepomnyaşiy (Rusiya, 8; 2773) – Levon Aronyan (Ermənistan, 10; 2762),

Vey İ (Çin, 22; 2736) – Dmitiri Yakovenko (Rusiya, 32; 2708)

Nikita Vityuqov (Rusiya, 24; 2734) – Pyotr Svilder (Rusiya, 20; 2739)

Radoslav Voytaşek (Polşa, 29; 2724) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 5; 2781)

Oyunlar Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah