Yığmamız Mahaçqalada təlim-məşq toplanışı keçir

Sərbəst güləş üzrə yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib.

Newsport.az-ın məlumatına görə, millimiz apreldə Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə növbəti dəfə Dağıstanın paytaxtı Mahaçqalaya yollanıb. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 20 güləşçidən ibarət heyət qonşu ölkədə fiziki, taktiki-texniki hazırlıq üzərində çalışacaq. Martın 5-dən start götürən toplanış martın 19-dək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right