İdmançımız Olimpiya 3-cüsü oldu

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. 

Newsport.az xəbər verir ki, bu il dünya çempionu adını qazanan idmançımız Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında da fərqlənib.

63 kq çəki dərəcəsində çıxış edən Ağayev 1/8 finalda Cənubi Sudan təmsilçisi Stefan Atem ilə qarşılaşıb. Döyüşün gedişində afrikalı taekvondoçu diskvalifikasiya olunub. 1/4 finalda isə Cavadın rəqibi İran idmançısı Həmed Əsgəri Mahiabadi olub. 9:8 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib. Ağayev finalın bir addımlığında Cənubi Koreya taekvondoçusu Ço Vun Hu ilə üz-üzə gəlib. 13:15 hesabı ilə məğlub olan təmsilçimiz Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right