Şəhriyar Karlsenə qalib gəlib, çempion oldu FOTOLAR

İsveçrənin Bil şəhərində keçirilən şahmat üzrə “ACCENTUS Grandmaster Tournament”də doqquzuncu turun görüşləri keçirilib. 

Newsport.az saytının məlumatına görə
, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu tur dünya reytinqinin birincisi Maqnus Karlsenlə üz-üzə gəlib. 

Norveçli rəqibi üzərində qələbə qazanan Məmmədyarov sona 1 tur qalmış çempionluğu təmin edib. 9 görüşdən sonra aktivində 7 xalı olan şahmatçımız son turda uduzsa belə, rəqibləri üçün əlçatmaz olacaq.

IX turun partiyaları

 

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 1:0

David Navara (Çexiya) - Petr Svidler (Rusiya) - 0,5:0,5

Niko Qeorqiadis (İsveçrə) - Maksim Vaşe-Laqrav (Fransa) - 0,5:0,5

9 turdan sonra turnir cədvəli: Məmmədyarov - 7, Karlsen, Svidler - 5, Vaşe-Laqrav - 4,5, Navara - 4, Qeorqiadis - 1,5


























 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right