YD-2018: ikinci yarış günündə 1 qızıl, 1 gümüş və 5 bürünc medal Yenilənib

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnir keçirilib. 

Turnirin ikinci günündə 61, 70, 79, 92 və 125 kq çəki dərəcələrində sərbəst, 53, 57, 62, 68 və 76 çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurub. 

Sərbəst güləşçilərin yarışında 79 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ idmançısı Kyle Dake olub. Həlledici görüşü uduzan İbrahim Yusubov turnirin gümüş medalına yiyələnib. Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79 kq) isə bürünc medal qazanıb. 

Qadın güləşçilərin yarışında isə Anjela Doroqan (53 kq) Türkiyə idmançısı ilə qarşılaşdığı final görüşünü qələbə ilə başa vurub və turnirin qızıl medalını qazanıb. Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medala sahib olub. 

61 kq
Bürünc medal görüşü 
Mircəlal Həsənzadə - Andrey Vladislau (BLR) 2:1
Andrey Bekreneu (BLR) - Ruslan Qasımov 4:1
Təsəlliverici görüş 
Ruslan Qasımov - Mahsad Hasanu (BLR) 5:3
Andrey Vladislau (BLR) - Pərviz İbrahimov 3:2
1/2 final - Mircəlal Həsənzadə - Sandip Tomar (İND) 4:6 
1/4 final 
Sonba Tanaji (İND) - Mircəlal Həsənzadə 3:5
Pərviz İbrahimov - Sandip Tomar (İND) 1:3
1/8 final 
Mircəlal Həsənzadə - Nahşon Garret (USA) 14:7
Pərviz İbrahimov - Şaban Kızıltaş (TUR) 9:3
Mohammedbagir Yaxkeşi (İRİ) - Pərviz İbrahimov 5:4

 

70 kq 
Bürünc medal görüşü - Sefa Aksoy (TUR) - Ağahüseyn Mustafayev 0:3
1/2 final - Andriy Kvyatkovskiy (UKR) - Ağahüseyn Mustafayev 6:3
1/4 final - Ağahüseyn Mustafayev - Batir Borjakov (TKM) 2:7
1/8 final - Ağahüseyn Mustafayev - Dauren Jumaqazıyev (KAZ) 8:4

 
79 kq 
FİNAL  - Kyle Dake (USA) - İbrahim Yusubov 11:0
Bürünc medal görüşü - Cəbrayıl Həsənov - Ayhan Sucu (TUR) 4:0
1/2 final - Rustam Dudayev (UKR) - İbrahim Yusubov 4:10
1/4 final - Cəbrayıl Həsənov - Kyle Dake (USA) 2:11
1/4 final - İbrahim Yusubov - Bəxtiyar İzbassarov (KAZ) 12:2
1/8 final - İbrahim Yusubov - Mandaxnaran Ganzorig (MGL) 9:6

Qadın güləşi 
53 kq 
FİNAL - Aysun Erge (TUR) - Anjela Doroqan 7:10 
1/2 final - Anjela Doroqan - Seema Seema (İND) 10:0
1-ci dövrə - Anjela Doroqan - Fikriye Gök (TUR) 12:1
2-ci dövrə - Anjela Doroqan - Aysun Erge (TUR) 9:5

57 kq
Bürünc medal görüşü - Alyona Kolesnik - Sandra Paruszevski (GER) 10:0
Təsəlliverici görüş - Alyona Kolesnik - Elif Yanık (TUR) 10:0
1/8 final - Alyona Kolesnik - İrina Çixradze (UKR) 3:6

62 kq
Bürünc medal görüşü - Luisa Niemesch (GER) - Elmira Qəmbərova 10:0
1/2 final - Aysulu Tinibekova (KGZ) - Elmira Qəmbərova 4:2
1/4 final - Sakşi Malik (İND) - Elmira Qəmbərova 0:4
1/8 final - Tatyana Omelçenko - Marianna Sastin (HUN) 2:4
1/8 final - Elmira Qəmbərova - Anastasiya Huçok (BLR) 4:0

76 kq 
Bürünc medal görüşü - Səbirə Əliyeva - Mehtap Gultekin (TUR) 4:0
1/2 final - Aline Rotter (GER) - Səbirə Əliyeva 8:0
1-ci dövrə - Səbirə Əliyeva - Kiran Kiran (İND) 6:4
2-ci dövrə - Səbirə Əliyeva - Yasemin Adar (TUR) 0:10




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right