"Dünya yığma"sı Şəmkirdə futbol oynadı, Karlsen 6 qol vurdu FOTOLAR

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib.

Superturnirin mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. 

Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı, yarışda həmçinin "Shamkir Chess 2018" superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib. 

Final oyununda Azərbaycan komandasıyla heyətində xarici şahmatçıların çıxış etdiyi "Dünya yığma"sı üz-üzə gəlib. Həlledici görüş "Dünya yığma"sının 2-1 hesablı qələbəsilə yekunlaşıb.

"Dünya yığma"sının turnirdə bütün qollarını Maqnus Karlsen vurub. Ümumilikdə, norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub. Sonda qalib komanda kubokla mükafatlandırılıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right