Pedro Qama Filho: "AGF dünyanın ən böyük federasiyalarından biridir"

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları zamanı Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti AGF-nin saytına müsahibə verib. 

Newsport.az saytının məlumatına görəDünya Kubokunda finala yüksələn Azərbaycan komandasını təbrik edən müsahib komandamızın final görüşündə layiqli nəticə qazanacağına inandığı bildirib: 

"Bu gün burada güclü Azərbaycan komandasını görməkdən məmnunam. İnanıram ki, final görüşündə də layiqli mübarizə aparacaqlar."

Azərbaycan Güləş Federasiyası ilə uzun müddətli əməkdaşlıqlarının olduğunu deyən Pedro Qama Filho Bakını çox sevdiyini bildirib: 

" AGF dünyanın ən böyük federasiyalarından biridir. Azərbaycanda dəfələrlə təlim-məşq toplanışlarında olmuşuq. Azərbaycanın paytaxtı Bakı çox gözəl şəhərdir və mən Bakını çox sevirəm, yenidən orda olmağı çox istəyirəm. Braziliyada keçirilən Olimpiya Oyunları ərəfəsində Azərbaycan Güləş Federasiyası ilə daha sıx əlaqələrimiz oldu. Oyunlardan əvvəl Azərbaycan komandalarının yerləşməsi və təlim-məşq toplanışında iştirak etməsi üçün lazımi şərait yaratmağa çalışdıq. Federasiyalarımız arasında sıx dostluq münasibəti var. Ümid edirəm ki, uzun illər belə də davam edəcək."





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right