"Qəbələ" boksçuları Ukrayna klubu ilə qarşılaşacaq

"Qəbələ” İdman Klubunun boksçuları növbəti sınağına çıxacaq. 
 
Newsport.az-ın məlumatına görə, rəqib Ukraynanın KB-75 klubu olacq. 
 
Beynəlxalq yoxlama görüşü Krivoy Roq şəhərində təşkil olunacaq və 7 döyüşdən ibarət olacaq. Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə "Qəbələ” və KB-75-in boksçuları 7 çəki dərəcəsində üz-üzə gələcək. 
 
Oktyabrın 21-də keçiriləcək matçda Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. 
 
Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right