Dünya çempionatı "CBC Sport"da!

Sabah Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı start götürəcək.

Newsport.az saytının məlumatına görə, 5 qitədən 136 ölkənin qatılacağı ilin ən mötəbər cüdo yarışmasını azərbaycanlı idmansevərlər də canlı yayımda izləmək imkanı qazanacalar.

Sentyabrın 3-dək davam edəcək yarış "CBC Sport" telekanalı tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 9 kişi və 8 qadın cüdoçuyla təmsil olunacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right