"Rəsul Çunayev yalan danışır" Elnur Əşrəfoğlu

"Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi "Neftçi İdman Klubu" haqqında mətbuata yalan açıqlama verib". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi İdman Klubu"nun İctimai Birliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnur Əşrəfoğlu öz "feyzbuk" səhifəsində yazıb. Əşrəfoğlu daha sonra Çunayev haqda bunları deyib: "Guya ki, ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay "Neftçi"dən 2 min manat əmək haqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb. Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyin barədə nəsə deyə bilmərəm, amma "Neftçi İdman Klubu" "cocuq" vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul" !

Qeyd edək ki, bir neçə gün öncə dünya və avropa çempionu yerli mətbuata “Neftçi” İK-dən ayrılmağa qərar verdiyini bildirmişdi. Buna səbəb isə Çunayev qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsini bildirib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right