Rəsul Çunayev bürünc medal qazandı

Azərbaycan güləşçisi Rəsul Çunayev yunan-Roma güləşçilərimizin aktivinə ikinci bürünc medalı yazdırıb.

Newsport.az-ın məlumatına görə, 71 kiloqram çəki dərəcəsində yarışda üçüncü yer uğrunda görüşdə R.Çunayev türkiyəli İlker Sönmez ilə üz-üzə gəlib.

Qarşılaşmanın birinci hissəsində gözəl fənd sayəsində hakimlərdən 4 xal almağı bacaran Azərbaycan idmançısı hesabdakı üstünlüyü oyunun sonunadək qoruyub saxlamağı bacarıb. Yekun hesabda 4:1 hesabı ilə qalib gələn güləşçimiz yarışın bürünc medalına sahib olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right