Avropa çempionatı üçün heyət açıqlandı

Aprelin 2-də Xorvatiyanın Split şəhərində start götürəcək ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
 
Newsport.az-ın Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 42 ölkədən 324 atletin (144 qadın və 180 kişi) qatılacağı yarışda Azərbaycan yığması 4 idmançı - Məmmədli Məhəmməd (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılovla (94 kq) təmsil olunacaq.
 
Qeyd edək ki, Avropa çempionatına aprelin 8-də yekun vurulacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right