“Qəbələ” İdmançılarından 6 medal

Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. İki gün davam edən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edib.

Newsport.az xəbər verir ki, “Qəbələ” idmançıları birinciliyi 6 medalla başa vurublar. 55 kq çəki dərəcəsində iki idmançımız fəxri kürsüyə yüksəlib. Rövşən Əliyev 1-ci, Nurlan Osmanov 3-cü yeri tutub.  Finala qədər irəliləyən İsmayıl İbrahimov 66 kq, Hasil Cəfərov isə 73 kq çəki dərəcəsində gümüş mükafatçı olub. Daha iki idmançımız medalçılar sırasına düşə bilib. İmran Yusifov 100 kq, Vüsal Orucov +100 kq çəki dərəcəsində 3-cü yeri tutub. Hesabında 1 qızıl, 2 gümüş, 3 bürünc medal olan “Qəbələ” komanda hesabında 18 xalla 3-cü olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right