Cüdoçularımız Paris “Böyük Dəbilqə”sini 3 medalla başa vurdu

Azərbaycan milli komandasının cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriliən “Böyük Dəbilqə” yarışında çıxışlarına yekun vurublar.

Newsport.az xəbər verir ki, turnirin sonuncu günündə 3 təmsilçimiz – Elmar Qasımov, Elxan Məmmədov ( hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxıb. Hər üç cüdoçumuz qarşılaşmanı erkən məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, Paris “Böyük Dəbilqə”sinin ilk günündə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) ölkəmizə bürünc medal qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right