"İmkanı olmayanlara güzəşt edə bilərik" Azad Rəhimov

Gənclər və idman naziri Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə ediləcək yardım barədə açıqlama verib. 

 

Newsport.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, Oyunların Əməliyyat Komitəsinin icraçı direktoru qidalanma xərclərində güzəştlərin mümkünlüyünü dilə gətirib. 

 

O bildirib ki, müqaviləyə əsasən, Azərbaycan Oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəməyəcək: "57 ölkənin 53-ü səfər xərcini özü çəkəcək. 4 ölkənin bilet pulunu isə ərəb şirkətlərindən biri ödəyəcək. Qidalanmaya gəldikdə, iştirakçı idmançıların hər biri üçün onun ölkəsi 50 dollar ödəməlidir. İmkanı olmayanların qidalanma xərclərinə güzəşt edə bilərik". 

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right