Azərbaycan Latviyaya qalib gəldi, Çinə uduzdu

Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun görüşləri baş tutub.

Newsport.az-ın məlumatına görə, sentyabrın 10-da kişilərdən ibarət əsas milli komandamız Latviya ilə qarşılaşıb. İkinci yığmamızın rəqibi Finlandiya olub. Üçüncü millimiz isə Dominikan Respublikası ilə üz-üzə gəlib. Kişi komandalarımızın hamısı turu qələbə ilə başa vurub.

Qadınlardan ibarət əsas millimiz Çinlə qarşılaşıb və məğlub olub. İkinci komandamız Sinqapurla dueldən qalib ayrılıb. Üçüncü yığmamız isə Peru ilə görüşdə heç-heçəyə razılaşıb.

Kişilər

Azərbaycan-1 (2705) – Latviya (2568) - 2.5:1.5
Şəhriyar Məmmədyarov (2761) – Aleksey Şirov (2673) - 0.5:0.5
Teymur Rəcəbov (2722) – İqor Kovalenko (2651) - 0.5:0.5
Rauf Məmmədov (2666) - Arturs Neiksans (2628) - 0.5:0.5
Eltac Səfərli (2688) – Nikita Meskovs (2476) - 1:0

Finlandiya (2461) - Azərbaycan-2 (2576) - 1:3
Tomi Nibak (2580) - Vasif Durarbəyli (2612) - 0,5:0,5
Daniel Ebelinq (2468) – Nicat Abasov (2552) - 0.5:0.5
Vilka Sipila (2447) - Qədir Hüseynov (2625) - 0:1
Tommi Luukkonen (2354) - Namiq Quliyev (2577) - 0:1

Azərbaycan-3 (2350) – Dominikan Respublikası (2323) - 2,5:1,5
Vüqar Əsədli (2406) – Nelson Borqes (2320) - 0,5:0,5
Abdulla Qədimbəyli (2294) – Xose Manuel Dominques (2273) - 1:0
Məhəmməd Muradlı (2331) – Karlos Jean (2326) - 0:1
Pərviz Qasımov (2323) – Kristofer Quzman (2259) - 1:0

Qadınlar

Çin (2531) - Azərbaycan-1 (2320) - 3.5:0.5
Yifan Hou (2658) - Zeynəb Məmmədyarova (2295) - 1:0
Venyun Yu (2583) - Günay Məmmədzadə (2361) - 1:0
Xue Jao (2522) - Gülnar Məmmədova (2304) - 0.5:0.5
Zonqyu Tan (2475) – Nərmin Kazımova (2302) - 1:0

Sinqapur (1999) - Azərbaycan-2 (2248) - 1:3
Ruofan Li (2353) – Xəyalə Abdulla (2214) - 1:0
Qianyun Qonq (2262) - Nərmin Xələfova (2219) - 0:1
Mey-En Emmanuelle (1883) - Ülviyyə Fətəliyeva (2234) - 0:1
Kay Xin Siev (1607) - Nərgiz Umudova (2247) - 0:1

Peru (2118) - Azərbaycan-3 (2016) - 2:2
Deysi Kori (2402) - Nərmin Məmmədova (2230) - 1:0
Vanessa Zambrano (1892) - Xanım Balacayeva (2147) - 0.5:0.5
İnqrid Fernandes (2096) - Gövhər Beydullayeva (1994) - 0.5:0.5
Aurora Veqa (2053) - Ayan Allahverdiyeva (1780) - 0:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right