Rio-2016: taekvondoçumuz 1/4 finalda

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, ölkəmizi təmsil edən Milad Beiqi Harçeqani bu gün mübarizəyə qoşulub.


80 kq çəki dərəcəsində çıxış edən Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Onun ilk rəqibi malili İsmael Koulibali olub. Rəqibinə 13:6 hesabı ilə qalib gələn imdançımız 1/4 finala yüksəlib.

Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) - Migel Ferrera (Honduras) cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşmanın saat 22:45-də başlayacağı nəzərdə tutulub.


Qadınların yarışında ölkəmizi təmsil edən  Fəridə Əzizova 1/8 finalda dünya və Avropa çempionatlarının bürünc, Avropa Oyunlarının gümüş mükafatçısı ABŞ təmsilçisi Peyc Makferson ilə qarşılaşacaq. Bu döyüş 18:30-da start götürəcək.

 
Qeyd edək ki, taekvondo komandamızın heyətində Patimat Abakarova (49 kq) Olimpiya Oyunlarını bürünc medalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right