Taekvondo yığmamızdan 3 qızıl, 2 gümüş, 2 bürünc medal

Xəbər verdiyimiz kimi, taekvondo üzrə böyüklərdən ibarət yığma komandamız "Luxembourg Open" beynəlxalq turnirində iştirak etmək üçün Lüksemburqa yollanıb.

Newsport.az-ın məlumatına görə, ötən gün keçirilmiş böyüklər arasındakı yarışlarda bütün qaliblər müəyyən olunub.

Yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edərək, böyüklər arasında yarışlarda medal sayına əsasən komanda hesabında ikinci yerə layiq görülüb. Nəticə qazanan yığma üzvlərini diqqətinizə çatdırırıq:

I yer - Məhəmməd Məmmədov (-63 kq)
I yer - Ayxan Tağızadə (-68 kq)
I yer - Milad Beigi Hərçəqani (-80 kq)

II yer - Səid Quliyev (-74 kq)
II yer - Fəridə Əzizova (-67 kq)

III yer - Məcid Sofiyev (-54 kq)
III yer - Radik İsaev (87+ kq)

Xatırladaq ki, yığmamız iyulun 12-də Bakıya qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right