Azərbaycan Kubaya qalib gəldi

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir.

Newsport.az-ın məlumatına görə, XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar növbəti təlim-məşq toplanışını Göygöy Olimpiya İdman Kompleksində Kuba güləş yığmaları ilə birgə keçib.

Hazırlıqların son günündə Azərbaycan və Kuba sərbəst güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib.

Yoldaşlıq görüşünü izləyənlər arasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev, sərbəst güləş üzrə vitse-prezident Maqomed Aliomarov, eləcə də federasiyanın baş katibi Rəşad Əli-Zadə və Kuba Güləş Federasiyasının rəsmiləri də olub.

Olimpiadada təmsil olunan 6 çəki dərəcəsində 9 qarşılaşmanın baş tutduğu yoldaşlıq görüşü Azərbaycan pəhləvanlarının 7:2 qələbəsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right