"Biz əsas çempionata debutant kimi yox, bir vaxtların çempionu kimi gələcəyik"

Azərbaycan çempionatının VIII turunda "Şəmkir” öz meydanında MOİK-i 1:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın Şəmkirə ezam olunmuş əməkdaşına oyundan sonra "Şəmkir”in futbolçusu Ture Morifere bunları deyib: 

"Qələbə qazandığımız üçün çox xoşbəxtik. Bizim üçün vacib olan 3 xalı qazandıq və turnir cədvəlinin 2-ci pilləsinə yüksəldik. Amma hər şey bitməyib. Biz çempionluğa oynayırıq. İnanıram ki, Premyer Liqaya yüksələcəyik. Rəhbərlik də bizə çox gözəl qayğı göstərir. Hər bir şərait yaradıblar. Komandanın maddi vəziyyəti də çox yaxşıdır. Hər qələbəyə və gözəl oyunumuzu klub prezidenti yüksək qiymətləndirir. Bu da bizə əlavə güc verir. Çünki, həqiqətən dəstək görürük. "Şəmkir" azarkeşləri isə inanılmazdır. Onalr hər oyun bizi son saniyəyə kimi dəstəkləyir. Komandamız əsasən gənclərdən təşkil olunub. Çox güclü futbolçularımız var".

"Sözün açığı indi də Premyer Liqada oynayacaq gücdəyik. Amma orada da ilk pillələr uğrunda mübarizə aparmaq üçün rəhbərlik yəqin ki, yeni futbolçular dəvət edəcək. Gələcəkdə çox güclü "Şəmkir" görəcəksiniz. Bu komanda Premyer Liqaya yeni nəfəs, maraq gətirəcək. Biz əsas çempionata debutant kimi yox, bir vaxtların çempionu kimi gələcəyik. Bu komandada olmaqdan qürur duyuram".

Mərdan Həsənov, Şəmkir.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right