Bolqarıstanlı velosipedçi: “Ətrafa baxırdım və Azərbaycanın gözəl təbiətinə heyran olurdum”

İyunun 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının birinci mərhələsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görəkonfransda yarışın direktoru, isveçrəli beynəlxalq mütəxəssis Roland Hofer və mərhələnin qalibi bolqarıstanlı idmançı Martin Papanov iştirak ediblər.

Öncə R.Hofer fikirlərini bildirib: “Bugünkü mərhələ çox yaxşı keçdi. Başlanğıcda velosipedçilər bir necə qruplara ayrıldılar. Mübarizənin sonunda Martin Papanov qalib oldu. Düşünürəm ki, bu onun üçün çox gözəl bir nəticədir.

Yarışın direktoru bildirib ki, təəssüflər olsun bir neçə velosipedçi birinci mərhələni başa vura bilməyib. İki komanda yarışda mübarizəni dayandırıb.

M.Papanov isə təxminən 40 kilometr küləyə qarşı mübarizə apardığını qeyd edib: “Küləyə qarşı irəliləsəm də, ətrafa baxırdım və Azərbaycanın gözəl təbiətinə heyran olurdum. Finişi birinci keçdiyim üçün çox şadam. Buna görə komandama təşəkkür edirəm. Sabah bizi çətin bir yarış gözləyir. Liderliyimi qorumağa çalışacağam. Ümid edirəm ki, sarı köynək məndə qalacaq”.

Qeyd edək ki, velosipedçilər iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 kilometr məsafə qət edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right