Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Türkiyənin "Ankara Karayolları” klubu ilə yollarını ayıran Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını İndoneziyada davam etdirəcək.

Newsport.az "Jatim.pikiran-rakyat" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı oyunçu "Qresik Petrokimiya" ilə anlaşıb.

Qeyd edək ki, Polina Rəhimova daha əvvəl Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliyada legioner həyatı yaşayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right