Millimiz Yunanıstana böyük hesabla uduzdu

Azərbaycanın futzal üzrə U-19 milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, millimiz Bosniya Herseqovinada təşkil edilən oyunda Yunanıstan yığması ilə qarşılaşıb. Qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, millimiz qrupdakı əvvəlki oyunlarında Fransaya 0:5, Bosniya və Herseqovinaya isə 1:4 hesabıyla uduzmuşdu.

AÇ-2023-ün seçmə mərhələsi, 5-ci qrup
25 mart

Azərbaycan – Yunanıstan 3:11
Qollar:
Rüfət Məmmədli, 26:08. Fərid Abbasov, 29:23. Şahbaz Həndəmli, 39:55 – Panayotis Qriqorakos, 3:17; 12:52. Kiriakos Kountardas, 6:42; 27:48. Konstantinos Pavlidis, 6:58. Konstantinos Papasopulos, 14:30. Gerasimos Tselios, 17:16; 23:25; 27:33. Aleksandros Adamopulos, 19:41. Angelos Georgoyannis, 21:47.
Hakimlər: Martin Koster (Danimarka), Norbert Şilagi (Macarıstan), Nikola Manzione (İtaliya).
Şiroki Briyeq şəhəri, “Pecara” İdman zalı.

Xallar: Fransa - 6, Bosniya və Herseqovina - 6, Yunanıstan - 3, Azərbaycan - 0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right