Millimiz Polşaya uduzsa da, elit-raunda vəsiqə qazandı Yenilənib

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün seçmə mərhələsinin 6-cı qrupunda son oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi kollektiv Polşanın qonağı olub.

Yığmamız rəqibi ilə səfərdə bacarmayıb.

Əlavə edək ki, bu məğlubiyyətə baxmayaraq, Azərbaycan millisi elit-raunda vəsiqəni təmin edib.

Polşa  Azərbaycan 7:2 

Qollar: Zastavnik 4, 28, 31, 33, Raşkovski 4, 28, Krezel 32 - Atayev 24, Amadeu 28

7 mart. Koşalin. İdman zalı. Saat 23:00

Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya)

Timekiper: Marta Brudnicka (Polşa)

Hakim-inspektor: Silvo Borosak (Sloveniya)

UEFA nümayəndəsi: Joao Roça (Portuqaliya)

Azərbaycan: Emin Kürdov, Eduardo, Rafael Vilela, Fineo, Amadeu - Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Xəzər Ağalızadə, Hacı Ahmadi, Felipinyo, Tyaqo Bolinya, Qallo 

Millimiz qrupda Polşanı (4:0) və Yunanıstanı (7:0, 5:2) məğlub etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right