Joze Alesio: "Bu qədər yolu qələbə qazanmaq üçün qət etmişik"

"Rəqibə hörmətlə yanaşırıq, amma biz də bu qədər yolu qələbə qazanmaq üçün qət etmişik".

Newsport.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva səfərdə Polşaya qarşı keçirəcəkləri DÇ-2024-ün əsas qrup mərhələsinin oyunundan öncə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis bildirib ki, qrupun son matçı zamanı meydanda tətbiq etmək istədiyi bəzi məqamlar var: "Az da olsa onların üzərində işlədik. Düzdür, ilk məşqdə elə də çox vaxtımız olmadı. Çünki bura gəlmək üçün xeyli yol qət etmişik, uşaqlarda yorğunluq var. Müdafiədən hücuma çıxmağa, müəyyən taktiki çalışmalara vaxt ayırdıq".

55 yaşlı baş məşqçi polşalıların da qarşıdakı görüşə yaxşı hazırlaşdıqlarını söyləyib: "Hətta onlar tərəfindən verilən müsahibələr, açıqlamalarla da tanışam. Hər dəfə qələbə qazanmaq istədiklərini qeyd edirlər. Oyuna yaxşı hazırlaşmışıq və qrup mərhələsini birinci pillədə başa vurmaq istəyirik".

O, bəzi futzalçıların müxtəlif səbəblərdən məşqdə iştirak edə bilmədiklərini vurğulayıb: "Tyaqo Bolinya qrip olub, Felipinyo və Ramiz Çovdarovun isə yüngül zədəsi var. İnanıram ki, onlar Polşa ilə oyunda bizə kömək edəcəklər".

Qeyd edək ki, Polşa - Azərbaycan oyunu martın 7-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right