Kateqoriya: Futzal | Tarix: 30.10.2022 00:25
Azərbaycanın futzal üzrə Çempionlar Liqasındakı təmsilçisi "Araz-Naxçıvan" bu gün turnirin əsas mərhələsində son oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 5-ci qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gəlib. Oyun rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib.
Çempionlar Liqası, əsas mərhələ, 3-cü tur
29 oktyabr
22:00. “Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan” - 3:2
Qollar: Aladzic, 3, 12, Saselli, 33 – Vitao, 23, Amenqual, 34
Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya)
Mostar. Mithad Hujdur Hujka Arena