Azərbaycan millisi Yunanıstanı darmadağın etdi Yenilənib

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Joze Alesionun komandası 6-cı qrupda Yunanıstanın qonağı olub. Afinadakı qarşılaşmada millimiz 7:0 hesabı ilə qalib gəlib

Qeyd edək ki, Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə Polşaya 3 cavabsız qolla uduzub.

11 oktyabr

Dünya çempionatı, seçmə mərhələ

19:00. Yunanıstan - Azərbaycan - 0:7

Qollar: Rafael Vilela, 2, Xətai Bağırov, 5, 16, Qallo, 18, 25, Tyaqo Bolinya, 37, Conatas Felipe, 40

Baş hakim: Ademir Avdiç (İsveç)

Afina.

Xallar: Azərbaycan - 6, Polşa - 3, Yunanıstan - 3

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right