Azərbaycan çempionu braziliyalı oyunçu ilə anlaşdı

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" növbəti transferi həyata keçirib.

Newsport.az-ın məlumatına görə, ölkə çempionu Varqas Amenqual Andreu ilə anlaşıb. Mövqeyi hücumçu olan braziliyalı forvardın son klubu vətənində “Horizontina” olub. 25 yaşlı oyunçu ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.

​“Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə münasibətlərini rəsmiləşdirib. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev və Maneka ilə yeni anlaşma imzalanmayıb. Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right