"Favorit olduğumuzu meydanda da göstərməliyik" - Rövşən Hüseynli

"Reytinq göstəricisində biz favoritik, amma bunu meydanda da göstərməliyik. Qrup lideri olmaq və elit-raunda vəsiqə qazanmaq istəyirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli 2024-cü il dünya çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

31 yaşlı qolkiper ilk olaraq Yunanıstan yığması barədə danışıb: "Bu ölkənin futzalçıları ilə son illərdə tez-tez üz-üzə gəlirik. AEK klubu ilə, eləcə də Yunanıstan millisi ilə qarşılaşmışıq. Oyunlar həm bizim, həm də rəqibin meydanında baş tutub. Onlarla görüşün favoriti Azərbaycan millisi hesab edilir. Əgər fors-major hadisə baş verməzsə, biz hər iki matçda qələbə qazanmalıyıq".

Hüseynli Polşa seçməsinin son illərdə inkişafda olduğunu vurğulayıb: "Son Avropa çempionatına da vəsiqə qazanıblar. 4 il əvvəlki qitə birinciliyinin də iştirakçısı olublar. Niderlandda Rusiya - Polşa matçını izləmişdik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right