"Barselona"nı bu kluba dəyişir

"Barselona"nın müdafiəçisi Kleman Lanqle yeni mövsümdən Liqa 1-də çıxış edə bilər.

Newsport.az-ın məlumatına görə, "Marsel" 27 yaşlı oyunçunu icarə əsasında heyətinə qatmaq istəyir. Kataloniya klubunun gələcək planlarında yer almayan müdafiəçi özü də daha çox oynayacağı bir kluba getmək istəyir.

Qeyd edək ki, Kleman Lanqle 2018-ci ildən "Barsa"da çıxış edir. Fransa yığmasının üzvünün klubla sözləşməsi 2026-cı ildə başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right