Kateqoriya: Futzal | Tarix: 30.08.2021 19:41
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.
Newsport.az-ın məlumatına görə, tu turnirdəki təmsilçimiz “Araz-Naxçıvan” 6-cı qrupunda yer alıb. Ölkə çempionu elit-raunda yüksəlmək üçün Uraqan İvano – Frankivsk (Ukrayna), Liqeni (Kosovo) və United Qalati (Rumıniya) komandaları ilə qarşılaşacaq.
Bu mərhələnin oyunları 26-31 oktyabr tarixlərində Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.