Azərbaycan çempionu rəqibini nə vaxt biləcək?

Mayın 17-də keçirilmiş final oyununda “Xəzər Cənub”u məğlub edən və 14-cü dəfə ölkə çempionu olan “Araz” növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək. Newsport.az xəbər verir ki, mötəbər turnirin püşkatma mərasiminin vaxtı açıqlanıb.

Belə ki, 2019-2020-ci il mövsümünün püşkü iyulun 4-də, Bakı vaxtı isə saat 16:00-da atılacaq. Həmin gün ilkin və əsas mərhələdə mübarizə aparacaq komandalar rəqibləri ilə tanış olacaq. İlkin mərhələnin oyunları avqustun 27-dən sentyabrın 1-dək, əsas mərhələnin qarşılaşmaları isə oktyabrın 8-dən 13-dək keçiriləcək.

Bu mərhələ başa çatdıqdan sonra elit raundun püşkü atılacaq. Oktyabrın 18-də keçiriləcək tədbir Bakı vaxtı ilə 16:00-da başlayacaq. Mərhələnin oyunları noyabrın 19-dan 24-dək baş tutacaq.

“Dördlər final”ı isə 2020-ci il aprelin 23-də və 25-də, ya da 24-də və 26-da keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah