“Araz”ın ÇL oyunlarının vaxtı məlum oldu

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz”ın oyunlarının vaxtı açıqlanıb.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu mübarizəyə “Vytis”lə qarşılaşma ilə start verəcək. Bu oyun oktyabrın 3-də keçiriləcək. Təmsilçimiz ertəsi gün “Valletta” ilə gücünü sınayacaq. Qrupun son oyunu oktyabrın 6-da keçiriləcək. “Araz” “Luçenec”lə gücünü sınayacaq.

Qeyd edək ki, 8-ci qrupun oyunları Slovakiyada keçiriləcək.

3 oktyabr

Araz - Vytis (Litva) 
Sportova hala Arena. Saat 17:30

4 oktyabr

Valletta (Malta) - Araz 
Sportova hala Arena. Saat 17:30

6 oktyabr

Araz - Luçenec (Slovakiya) 
Sportova hala Arena. Saat 20:00

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. Canlı yayımla əlaqədar başlama saatı dəyişdirilə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right