Yüksək Liqada yenilik

 

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 19-cu turun oyun cədvəli açıqlanıb.

Newsport.az xəbər verir ki, bu turda turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar qarşılaşacaqlar. Təbii ki, turun mərkəzi oyunu liderlə ən yaxın izləyicisi arasında baş tutacaq. Əzəli rəqiblər də bu turda güclərini sınayacaqlar.

Maraqlı məqamlardan biri də “CBC Sport”un turun iki oyununu canlı yayımlanmasıdı. Bu, cari mövsümdə ilk belə hal olacaq.

Turun bütün oyunları Bakı İdman Sarayında keçiriləcək.

Futzal üzrə Yüksək Liqa, 19-cu tur

6 mart

12:30 Xəmsə - FK.İD.Futsal 
14:30 EKOL - Neftçi İK (CBC Sport, canlı) 
16:30 Araz - Marafon Futsal (CBC Sport, canlı)

Bombardir: Renat Sultanov (Marafon Futsal) - 20 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right